Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / “Azərbaycan qalibdir, Moskva məmnundur, Paşinyan gedə bilər” – Beynəlxalq Böhran Qrupu

“Azərbaycan qalibdir, Moskva məmnundur, Paşinyan gedə bilər” – Beynəlxalq Böhran Qrupu

Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşma Dağlıq Qarabağda silahları susdurdu, ancaq aydın və davamlı sülhə əsas yaratmadı. Tərəflər və xarici iştirakçılar yeni razılaşmanın hamıya fayda verməsi üçün çalışmalıdır

Bu barədə Beynəlxalq Böhran Qrupu (BBQ) Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşması haqda bildirib.

Altı həftə davam edən münaqişədən sonra bölgədə atəşkəsə nail olunub. Qurum bildirir ki, razılaşma döyüş reallığını əks etdirir: “Azərbaycan hərbi qələbə qazanıb, Ermənistan məğlubiyyətlə üzləşib…Tərəflər atəşkəsin saxlanmasını təmin etməli, yeni regional düzənin hamıya fayda verməsi üçün addımlar atmalıdırlar”.

BBQ qeyd edir ki, Azərbaycan qalibdir, Moskva da məmnundur. Ermənistanın isə durumu həzm etməsi çətin ola, hətta ölkədə çaxnaşma yarana bilər. 

Çünki ermənistanlılar bunu məğlubiyyət kimi görürlər. Baş nazir Nikol Paşinyanın postunu saxlaya biləcəyi də mümkün olmaya bilər.

AzPolitika.info

Həmçinin oxuyun

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər – VİDEO

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. …