Şənbə , Noyabr 17 2018
Ana səhifə / Aktual / “Azərbaycan polisi sınaqlardan üzüağ, alnıaçıq çıxmağı bacaran monolit komandadır” – Əflatun Amaşov

“Azərbaycan polisi sınaqlardan üzüağ, alnıaçıq çıxmağı bacaran monolit komandadır” – Əflatun Amaşov

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Azərbaycan polislərini 100 illik yubileyləri münasibəti ilə təbrik edib.

Mia.az həmin təbrik məktubunu təqdim edir:

“Ölkəmizdəki təhlükəsizliyin ən böyük qarantı olan Azərbaycan polisinin 100 yaşı tamam olur. Bu münasibətlə daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubov başda olmaqla polis orqanlarının şəxsi heyətinin hər bir üzvünü təbrik edirəm.

Azərbaycan polisinin istər Azərbaycan Xalq Cümhuriyyəti dövründəki, istərsə də 1991-ci il müstəqilliyindən sonrakı fəaliyyəti qürur və iftixar mənbəyimizdir. Qeyd etdiyim kimi, polis ölkəmizdəki təhlükəsizliyin və sabitliyin təminat qüvvəsidir. Bu təminat yolunda dövlətə və dövlətçiliyə sədaqət ruhu hər an isbatlanır və sınanır. Həm uzaq, həm də yaxın tariximizdə baş verən hadisə və polseslər onu göstərir ki, Azərbaycan polisi sınaqlardan üzüağ, alnıaçıq çıxmağı bacaran monolit komandadır. Qətiyyətlə demək olar ki, bu komandanın hər bir üzvündə Vətənə, torpağa, doğma yurda hədsiz bağlılıq göstəriciləri peşəkarlıq prinsipləri ilə bir-birini tamamlamaqdadır.

Bu günün Azərbaycan polisi 100 il əvvəlki sələfinin ənənələrini yaşatmanın misilsiz nümunəsidir. Azərbaycan polisi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövlətçilik xəttinin milli sərvətə çevrilməsindəki ən böyük pay sahibi olan mütəşəkkil strukturdur. Bu strukturun hər bir üzvünün əməyi müstəsna əhəmiyyət daşıyır.

Bir daha Azərbaycanın şanlı polis orqanları əməkdaşlarını peşə payramları, əlamətdar 100 illik tarix münasibəti ilə təbrik edir, onlara ən xoş və səmimi diləklərimi çatdırmaqdan məmnunluq duyur, çətin və məsuliyyətli işlərində daha böyuk əzm və iradə arzulayıram!”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Oqtay Əsədov Türkiyəyə gedəcək

Milli Məclisin (MM) sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti TÜRKPA-nın 8-ci plenar iclasında …