Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / Aktual / Azərbaycan Naxçıvanla maneəsiz nəqliyyat əlaqəsini təmin edəcək – VİDEO

Azərbaycan Naxçıvanla maneəsiz nəqliyyat əlaqəsini təmin edəcək – VİDEO

“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjet iyulun 5-də Bakıda səfərdə olan Hüseyn Əmir-Abdullahianın Prezident İlham Əliyevin qəbulunda olmasına, bu görüşdə müzakirə edilən regional kommunikasiya əlaqələrinin bərpasına həsr edilib.
Müəllif, xüsusən, 2022-ci il martın 11-də Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanmasına vurğu edib.

Süjetdə qeyd olunur ki, Ermənistan hökuməti regionda nəqliyyat kommunikasiyalarının açılmasına süni maneələr törətməyə cəhd etsə də, Azərbaycan Respublikası Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasına nail olacaq.

Daha ətraflı “Caliber”in yeni süjetində:

Həmçinin oxuyun

Şəhid anası oğlunun məzarına Şuşa və Laçından kəklikotu gətirdi – VİDEO

“Fərid üçün ən böyük hədiyyə bu torpaq oldu”. Bu sözləri şəhid Fərid İlyasovun anası Bəsirə …