Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Azərbaycan narının təbliğatı ilə bağlı ümumrespublika yığıncağı – Fotolar

Azərbaycan narının təbliğatı ilə bağlı ümumrespublika yığıncağı – Fotolar

Bu gün Bakı Biznes Mərkəzində “AZPROMO”nun dəstəyi ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçılarının IV Ümumrespublika yığıncağı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, yığıncağın məqsədi 16-18 may 2018-ci il tarixlərində XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2018) sərgisində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının iştirak etməsi, Azərbaycan prezidenti İlham Əliyev assosiasiyanın pavilyonunda olması, assosiasiyanın fəaliyyəti, xidmətləri və üzvləri haqqında məruzəni dinləməsi, mövsüm qabağı görüləcək işlərin müzakirəsi, ixrac potensialının artırılmasıdır.

Tədbiri assosiasiyanın sədri Fərhad Qaraşov açıb və o, bu il Azərbaycanda üç mühüm hadisənin baş verdiyini deyib:

“Məlumdur ki, 11 aprel 2018-ci il tarixində ölkəmizdə prezident seçkiləri keçirildi. Fürsətdən istifadə edib cənab İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edir, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayırıq.

Azərbaycan tarixində  silinməz iz qoymuş ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdə bu yaxınlarda təntənəli şəkildə qeyd etdik.

Yaxın günlərdə növbəti bayramda oldu. 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

F. Qaraşov assosiasiyanın yenilənmiş veb saytı (pomegranate.az) haqqında və 16-18 may 2018-ci il tarixində keçirilmiş XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2018) sərgisində assosiasiyanın pavilyonu haqqında məlumat verib:

“Bildiyiniz kimi assosiasiyanın vebsaytı artıq hazırdı. Sayt Azərbaycan narının təbliğatında, bu sektorun inkişafında töhfələrini verəcək.Həmçinin, Assosiasiya üzvlüyünə qəbul üçün online müraciət və online köməklik xidmətlərindən yararlanmaq imkanları da mövcuddur. Sahibkarlar logistika, sertifikatlaşdırma, ixrac sənədləri və bu kimi xidmətlərdən yardım ala bilərlər. Bundan başqa assosiasiya16-18 may 2018-ci il tarixində XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian 2018) sərgisində iştirak etmişdir.

Azərbaycan prezidenti İlham Əliyev assosiasiyanın pavilyonunda olmuş, assosiasiyanın fəaliyyəti və üzvlərimiz haqqında məruzəni dinləmişdir. Bugünki yığıncağın əsas məqsədi verilən tövsiyyə və tapşırıqları yerinə yetirmək,  nar və nar məhsullarınnın ixrac potensialını artırmağa çalışmaqdır”.

ANİİA-nın sədri assosiasiyanın üzvlərinə ANİİA-nın fəaliyyəti haqqında çap olunmuş kitabçaları təqdim edib.

Daha sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondunun  (AZPROMO) vitse- prezidenti Yusif Abdullayev çıxış edərək assosiasiyanın fəaliyyətini yüksək qiymətləndirmiş və Fondun fəaliyyəti haqqında istehsalçılara və ixracatçılara geniş məlumat verib.

Assosiasiya üzvləri 2018-ci ilin daha uğurlu olması üçün qarşıda duran vəzifələr və problemlər geniş müzakirə olunub, bu problemlərin həlli üçün müvafiq dövlət qurumlarına assosiasiya sədri və üzvləri ilə birlikdə müraciət olunmasına qərara alınıb.

Sonda tədbirə dəvət olunmuş Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasınınüzvləri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi, İqtisadiyyat Nazirliyinin nümayəndəsi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi, Göyçay rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər iştirakçılar çıxış ediblər.




Həmçinin oxuyun

Prezidentin rəhbərliyi ilə operativ müşavirə keçirildi

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin …