Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Azərbaycan musiqiçiləri Astanada beynəlxalq festivalda iştirak edib

Azərbaycan musiqiçiləri Astanada beynəlxalq festivalda iştirak edib

“Cəngi” estrada folklor ansamblı Qazaxıstanın Astana şəhərində keçirilən “Astana Axşamları” beynəlxalq festivalında iştirak edib.

Azinforum.az-ın xəbərinə görə, sayca X yubiley festivalının bağlanış günündə Astananın möhtəşəm Sülh və Əmin-Amanlıq Sarayında keçirilən konsertdə “Cəngi” qrupu Qazaxıstan tamaşaçıları və festivalda iştirak edən qonaqlar üçün Azərbaycan muğam və cazın sintezindən ibarət musiqi parçaları ifa edib, səhnəni Qazaxıstanlı ifaçılarla da paylaşıblar. Azərbaycanlı musiqiçilərin ifasını konsert zalında 800-ə yaxın tamaşaçı izləyib.

“Astana Axşamları” beynəlxalq festivalı Qazaxıstanın “Deqdar” humanitar fondu tərəfindən JTI şirkətinin dəstəyi ilə hər il keçirilir. 1-7 iyun tarixlərində keçirilən builki festivala ABŞ, Almaniya, Rusiya, Belarus, Qazaxıstan və Azərbaycan musiqiçiləri qatılıblar. 2014-cü ildə Azərbaycan muğam ifaçıları da JTI şirkətinin dəstəyi ilə bu festivalda iştirak edib. Bu il isə Azərbaycan musiqiçilərinin festivalda iştirakı “Deqdar” fondu ilə Beynəlxalq Muğam Mərkəzinin əldə etdiyi razılaşma əsasında mümkün olub.

“Cəngi” estrada folklor ansamblı 1992-ci ildə məşhur cazmen, pianoçu və bəstəkar, Azərbaycanın xalq artisti Rafiq Babayev tərəfindən yaradılıb. Ansambl muğamı müxtəlif musiqi növləri – caz, rok və s. ilə sintez şəklində təbliğ edir. İndiyədək ansambl Fransa, Norveç, ABŞ və Türkiyədə Azərbaycan musiqisini təmsil edib. Ansamblın bədii rəhbəri Mircavad Cəfərovdur.

Həmçinin oxuyun

Pulmonoloq: “Koronavirus zamanı öskürəyə qarşı tədbir görmək qəti qadağandır”

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il aprelin birinə kimi uzadılıb.Eyni zamanda, ölkədə 18 yanvar …

Bir cavab yazın