Çərşənbə , Mart 22 2023
Ana səhifə / Aktual / Azərbaycan Milli QHT Forumunun prezidenti Türkiyənin ölkəmizdəki səfirinə başsağlığı verdi

Azərbaycan Milli QHT Forumunun prezidenti Türkiyənin ölkəmizdəki səfirinə başsağlığı verdi

Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcıya
Hörmətli Cahit bəy!
Türkiyənin Kahramanmaraş şəhərində baş verən və çox geniş bir bölgədə hiss edilən 7,4 bal gücündə zəlzələ nəticəsində Türkiyə vətəndaşlarının həlak olması və yaralanması xəbərindən son dərəcə kədərləndiyimizi və hər zaman olduğu kimi qardaş türk xalqının yanında olduğumuzu bildiririk. Bu ağır faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, bütün türk xalqına Azərbaycan Milli QHT Forumu adından və öz adımdan dərin hüznlə başsağlığı diləyir, yaralananların tezliklə sağalmasını, dağıntılar altında qalan türk bacı-qardaşlarımızın tezliklə xilas edilməsini arzulayırıq.
Hörmətlə
Rauf Zeyni,
Azərbaycan Milli QHT Forumunun prezidenti

Həmçinin oxuyun

Polkovnik: Vəziyyət pisdir və müharibə hər an başlaya bilər

“Türkiyənin Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları …