Cümə axşamı , Fevral 25 2021
Ana səhifə / Aktual / “Azərbaycan markalı məhsulların satışı ilə barışmalıyıq, yoxsa…” – Erməni nazirdən vətəndaşlara müraciət

“Azərbaycan markalı məhsulların satışı ilə barışmalıyıq, yoxsa…” – Erməni nazirdən vətəndaşlara müraciət

“On illərdir ki, Ermənistan bazarında Türkiyə və Azərbaycan etiketi olan məhsullar olub. Çox sayda türk məhsulları var idi və bu o zaman normal sayılırdı. İndi “Sandora” və ya “Coca-Cola”nın bizə Azərbaycan dilində etiketlənməmiş malları satmasını israr etsək, inflyasiya yüksələcək və 10 faizə çatacaq, çünki bu şirkətlər pul xərcləməli və malların dəyərində fərq qoyacaqlar”.

Cebhe.info xəbər verir ki, bunu Ermənistanın İqtisadiyyat naziri Vaan Kerobyan ölkə vətəndaşlarına müraciətində deyib.

O bildiirb ki, vətəndaşlar Azərbaycan markalı məhsulların satışı ilə barışmalıdır. Bununla belə nazir Türkiyə istehsalı olan mallarının idxalına qoyulan qadağanın qüvvədə olduğunu deyib:

“Heç bir geosiyasi dəyişiklik olmadığı halda türk mallarının idxalına qoyulan qadağanı uzatmağa məcburuq”.

Xatırladaq ki, Türkiyənin Vətən müharibəsində Azərbaycana mənəvi-siyasi dəstəyi səbəbi ilə Ermənistan bu ölkənin istehsalı olan məhsulların idxalını qadağan edib.

Həmçinin oxuyun

Plastik qablara alternativ kimi ekoloyi təmiz, taxtadan hazırlanmış məişət əşyaları nümayiş etdiriləcək – Foto

“AftF” consulnig, ətraf mühitin mühafizəsi haqqında “Azərbaycan Respulikasının Qanunu”nda edilən dəyişikliklərə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinın …