Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / “Azərbaycan KTMT-yə üzv olmağı hələ planlaşdırmır” – Əliyev açıqladı

“Azərbaycan KTMT-yə üzv olmağı hələ planlaşdırmır” – Əliyev açıqladı

Bakı Rusiya silahlarının tədarükü üzrə yeni müqavilələr imzalamaqda maraqlıdır. Detallar müvafiq qurumlar tərəfindən razılaşdırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri prezident İlham Əliyev “Ria Novosti”yə açıqlamasında deyib:

“Hərbi texnikanın nomenklaturasına gəlincə, bu, müvafiq orqanlar arasında razılaşdırılacaq. Biz, əlbəttə, maraqlıyıq. Rusiya müasir, etibarlı hərbi texnikanın əsas tədarükçülərindəndir və biz onlara tam çıxış əldə edə bilirik”. 

Dövlət başçısı bildirib ki, Azərbaycan Rusiya hərbi texnikasının tədarükü ilə bağlı daha əvvəl imzalanan sazişlərin tam reallaşmasını gözləyir:

“Biz Rusiya silahlarının ən iri alıcılarındanıq. Ötən illərdə imzalanan bəzi müqavilələr hələ reallaşma mərhələsindədir. Daha doğrusu, biz hələ hamısını əldə etməmişik, lakin böyük hissəsini almışıq. Bu səbəbdən də, hər iki tərəf bu cür əməkdaşlığın davamına ümid edir”. 

Prezident İlham Əliyev Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması ilə bağlı sualı da cavablandırıb. O bildirib ki, Azərbaycanın bu təşkilata üzv olmaq və ya müşahidəçi statusu daşıması məsələsi hələ qarşıya qoyulmayıb.

“Bu məsələ hələ müzakirə mərhələsində deyil” deyə prezident İlham Əliyev Davos forumunda sualları cavablandırarkən deyib. 

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …