Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / Azərbaycan haqda casusluq edənlərin kimliyi bilindi – Biri məxfi əməkdaş olub

Azərbaycan haqda casusluq edənlərin kimliyi bilindi – Biri məxfi əməkdaş olub

Azərbaycandan kənarda döyüşən 30 nəfərin şəxsiyyəti müəyyən olunub.

APA-nın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, 2017-ci ildə Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib. Bundan başqa, xarici münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər əcnəbi saxla­nılıb, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Həmçinin oxuyun

Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət …