Şənbə , May 21 2022
Ana səhifə / Aktual / Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak etdi (FOTOLAR)

Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak etdi (FOTOLAR)

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Paradda fəxri qonaq qismində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.
Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

Həmçinin oxuyun

Məşhur bakılı Rusiyada “xarici agent” elan edildi

Məşhur bakılı şahmatçı, eks-dünya çempionu, Rusiyanın 2013-cü ildən mühacirətdə olan müxalifət liderlərindən biri Harri Kasparov və …