Cümə axşamı , May 13 2021
Ana səhifə / Aktual / Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda – FOTO

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda – FOTO

Bu gün İslamabad şəhərində Pakistan Silahlı Qüvvələrinin hərbi paradı keçirilib.

“AzeriDefence”nin məlumatına görə, paradda Pakistan Ordusunun bölmələri ilə yanaşı Azərbaycan Ordusunun bir piyada bölməsi ayrıca kalonla tribuna önündən keçib.

Azərbaycan Ordusunun hərbçiləri tribuna önündən keçərkən Pakistan dövlət rəhbərliyi ayağa qalxaraq heyəti salamlayıb. Paradın aparıcısı Azərbaycan dilində “Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan – Pakistan dostluğu!” ifadələri ilə ordumuzun hərbçilərini təqdim edib.

Azərbaycan Ordusunun paraşütçüləri isə havada Azərbaycan və Pakistan bayraqlarını açıblar.

Paradda müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Həmçinin oxuyun

Bakı Gənclər Mərkəzi kollektivi “Ramazan sovqatı” aksiyası çərçivəsində qazi və şəhid ailələrini ziyarət edib

Bakı Gənclər Mərkəzi tərəfindən Müqəddəs Ramazan ayı boyunca “Ramazan sovqatı” adlı aksiya həyata keçirilərək “44 …