Şənbə , May 21 2022
Ana səhifə / Aktual / Azərbaycan-Gürcüstan sərhədində nə baş verir? – VİDEO

Azərbaycan-Gürcüstan sərhədində nə baş verir? – VİDEO

Azərbaycan-Gürcüstan sərhədində yük avtomobillərinin sıxlığı müşahidə olunur. Təkcə Azərbaycan tərəfində 600 TIR keçid üçün növbə gözləyir.

TIR parklarında günlərlə qalan sürücülər artıq bir aydır ki, bu cür sıxlığın müşahidə olunduğunu bildirirlər.

Gürcüstandan Azərbaycana yükdaşımaların sayının artmasının Ukrayna-Rusiya arasında gedən müharibə səbəbindən olduğu qeyd edilir.

Maşınların sayının kəskin artması nəticəsində ərazidəki TIR parkları tamamilə dolub. Gün ərzində “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində Azərbaycandan 300 TIR-ın keçidi təmin edilir.

Məntəqədən bildirilib ki, əgər Gürcüstan tərəfi TIR və digər yük avtomobillərinin yoxlanması və qeydiyyatını intensivləşdirsə, Azərbaycan tərəfi nəqliyyat vasitələrinin maneəsiz və daha tez keçidini təmin edə bilər.

Hazırda “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ olan yük avtomobillərinin keçidi isə 24 saat ərzində fasiləsiz təmin olunur. Məntəqədə daha 80 yük avtomobili “Yaşıl dəhliz” vasitəsilə keçid üçün növbə gözləyir.

Həmçinin oxuyun

Buzovnada dənizə çıxışı bağlayan hasarlar sökülür – Foto

Buzovnada Xəzər dənizinə çıxışı məhdudlaşdıran hasarlar sökülür. Bu barədə saytımıza sakinlər məlumat veriblər. Bildirilib ki, Buzovnada …