Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Azərbaycan günahsız insanların qətlə yetirilməsinə qarşıdır” – Mehriban Əliyeva

“Azərbaycan günahsız insanların qətlə yetirilməsinə qarşıdır” – Mehriban Əliyeva

“Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır!”

APA-nın xəbərinə görə, bunu birinci vitse-prezident Mehriban Əliyeva özünün “twitter” bloqunda yazıb. Mehriban Əliyeva “Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!” – deyə, qeyd edib.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın