Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Azərbaycan avstriyalı idmançının müalicə xərcini üzərinə götürdü

Azərbaycan avstriyalı idmançının müalicə xərcini üzərinə götürdü

“İstintaq orqanları Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş insidenti araşdırır”.

ANSPRESS bildirir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimovun sözlərinə görə, idmançı xanımlardan ikisi yüngül xəsarətlər alıb və onların vəziyyəti normaldır: “Üçüncü idmançı isə Vyanada xəstəxanaya yerləşdirilib. Artıq əməliyyat başlayıb. Xoş olan odur ki, o xanım artıq ayaqlarını tərpədə bilir. Fikrimcə, hər şey yaxşı olacaq”.

Azərbaycan tərəfi avstriyalı idmançının müalicəsinin xərcini üzərinə götürəcək. Azərbaycanın Avstriyadakı səfirliyi lazimi yardımı göstərir.

Xatırladaq ki, hadisə 11 iyun tarixində saat 08:30-da baş verib. Atletlər Kəndindinin Nəqliyyat deposunda avtobus Avstriya üzgüçülük üzrə yığma komandasının üç idmançını vurub.

Fövqəladə xidmət əməkdaşları əraziyə cəlb olunub və idmançılardan Luna Pajer və Vanessa Sahinovic dərhal xəstəxanaya yerləşdirilib. Verena Breit adlı xanım idmançı isə Atletlər Kəndinin poliklinikasında müalicə edilib. Verena Breit Azərbaycanda müalicəsini davam etdirib. Luna Pajer və Vanessa Sahinovic isə sonradan özəl tibbi təyyarə ilə Avstriyaya göndərilib.

Yeri gəlmişkən. virtualaz.org bildirir ki, Avstriya Milli Olimpiya Komitəsinin prezidenti Karl Ştoss Bakıda yol qəzası nəticəsində xəsarət alan avstriyalı idmançıların Vyanaya göndərilməsində göstərilən köməyə görə Azərbaycan hakimiyyətinə minnətdarlıq edib.

K. Ştoss TASS-ın müxbirinə bildirib ki, Avstriyaya gətirilən 15 yaşlı Vanessa Sahinoviç artıq əməliyyat olunub, Verena Breyt isə Bakıda qalsa da, yarışlara qatıla bilməyəcək: “Bu hadisənin niyə baş verdiyi öyrənəcəyik. Eyni zamanda idmançıların Avstriyaya göndərilməsini təşkil edən yerli nəqliyyat qurumuna təşəkkür etmək istərdim. Bu, çox dəhşətli hadisə idi. Digər tərəfdən biz gələcəyə baxmalıyıq, komandamıza inanmalıyıq”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın