Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / Azərbaycan Albaniyaya 500 min avro ayırdı – zəlzələyə görə

Azərbaycan Albaniyaya 500 min avro ayırdı – zəlzələyə görə

Cari ilin 26 noyabr tarixində Albaniyada baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 500 000 (beş yüz min) avronun manat ekvivalenti məbləğində vəsait ayrılıb.

Unikal.org-un məlumatına görə, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Həmçinin oxuyun

Fərman İsmayılovun nəşi yanvarın 26-da yola salınacaq – XİN

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun …