Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / “Azərbaycan Əliyevlə böyüyür” – Türk mediası

“Azərbaycan Əliyevlə böyüyür” – Türk mediası

Türkiyənin “Yeni Şəfəq” qəzeti Azərbaycanda aprelin 11-də  keçiriləcək prezident seçkiləri ilə bağlı “Azərbaycan Əliyevlə böyüyür” başlıqlı məqalə yayımlayıb. 

“Qafqazinfo” xəbər verir ki, məqalədə qeyd olunur ki, Azərbaycanda prezident seçkilərinə iki həftədən də az vaxt qalır və həyəcan artır. 11 apreldə baş tutacaq seçkidə Azərbaycan xalqı 7 il müddətinə öz prezidentini seçəcək. 8 namizədin  qatıldığı seçkidə şübhəsiz ki, ən güclü namizəd 14 ildir ölkəni idarə edən İlham Əliyevdir. Əliyev eyni zamanda ölkənin ən böyük siyasi partiyasının yəni, Yeni Azərbaycan Partiyasının da sədridir.

Oktyabr ayında keçirilməsi nəzərdə tutulan seçkilər prezident Əliyevin qərarı ilə aprel ayında baş tutacaq.  Ölkəni yaxından tanıyan ekspertlər seçkilərin qabağa çəkilməsinin səbəbini ölkəyə yönələn təhdidin qarşısını almaq məqsədilə edildiyini bildirib. İlham Əliyevin seçkilərdən zəfərlə çıxması ölkənin daha da güclənəcəyinin zəminidir.

Sorğu anketlərində böyük dəstək 

Seçimə iki həftədən də az qaldığı  bir müddətdə sorğu şirkətləri İlham Əliyevin seçkilərdə ən güclü  namizəd olduğunu  və qələbə çalacağını qeyd edirlər. Amerikanın AJF&Associates Inc  araşdırma şirkətinin 28 mart tarixli araşdırmasına görə seçicilərin  82 faizi İlham Əliyevi dəstəkləyir. Azərbaycanın müstəqil ELS sorğu şirkətinin apardığı sorğuda iştirakçıların 84, 1 faizi İlham Əliyevi prezident görmək istədiklərini qeyd ediblər.


İqtisadiyyatda möhtəşəm həmlələr

İlham Əliyevin 14 illik prezident olduğu müddətdə Azərbaycan iqtisadiyyat və təhlükəsizlik məsələlərində böyük  həmlələr həyata keçirib. Belə ki, son 14 ildə Azərbaycan iqtisadiyyatı 14 dəfə böyüyüb. İşsizlik səviyyəsi 50 faizdən 5 faizə düşüb. Ölkəyə 231 milyard dollar investisiya qoyulub. Mərkəzi Bankın rezervləri 23 dəfə artıb.  2 milyon nəfərə yeni  iş yerləri imkanı yaradılıb. Əliyev dönəmində ölkənin iki böyük beynəlxalq tədbiri uğurla yerinə yetirməsi ölkənin modern üzünü həm də turizm potensialını ortaya qoyub.

Türkiyənin böyük dostu

İlham Əliyev Türkiyənin  beynəlxalq arenada ən böyük dostudur. Türkiyə-Azərbaycan münasibətlərinin hər sahədə inkişaf etməsinə önəm verən  Əliyev 2014-cü ildə baş tutan Avropa Təhlükəsizlik və İşbirliyi Təşkilatının toplantısında Ermənistan prezidenti Sej Sarkisyanın Türkiyəyə yönəlik haqsız çıxışına “Türkiyə burada yoxsa, mən varam” şəklində cavab vermişdi.

Qafqazın ən güclü ordusu

İlham Əliyev dönəmində ölkənin ordusu ən yeni modern texnologiyalara sahib olub. 2016-cı ildə işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsinə Azərbaycan ordusu sürətlə cavab verib. Düşməni geri çəkilməyə məcbur edən ordu 2000 hektarlıq ərazini də  işğaldan azad edib.

Həmçinin oxuyun

Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü – VİDEO

Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb. Azinforum.az həmin görüntünü təqdim …