Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / “Azəravtoyol” “kürd dövlətinə” dəstək verənin onların işçisi olmadığını deyir – Rəsmi

“Azəravtoyol” “kürd dövlətinə” dəstək verənin onların işçisi olmadığını deyir – Rəsmi

Rəsmi olaraq bildirmək istəyirik ki, yayılan məlumatar həqiqəti əks etdirmir, Azəravtoyol ASC-nin İstehsalat Təmir-Tikinti Birliyi adında müəssisəsi və Vüqar Bəndalı oğlu adlı əməkdaşı yoxdur.

Azinforum.az xəbər verir ki, bu sözləri Azəravtoyol ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Azəravtoyol İstehsalat Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalı oğlunun separatçı Kürdüstanın “müstəqillik” referendumuna açıq dəstək nümayiş etdirməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərəkən deyib.

A.Nəcəfli bildirib ki, KİV nümayəndələri Azəravtoyol ASC ilə bağlı olan hər hansı bir məlumatı dəqiqləşdirməlidirlər:

“Yalnız rəsmi mövqeyimiz olduqdan sonra həmin məlumatı vermək olar. Əks halda qanunvericiliyə uyğun olaraq addımlar atılacaq”.

Qeyd edək ki, Azəravtoyol İstehsalat Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalı oğlunun separatçı Kürdüstanın “müstəqillik” referendumuna açıq dəstək nümayiş etdirməsi ilə bağlı xəbərlər yayılmışdı.

 

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …