Ana səhifə / Aktual / Azər Xanlaroğlu xəstəxanaya yerləşdirilir

Azər Xanlaroğlu xəstəxanaya yerləşdirilir

Qənirə Paşayeva: “Fevralın 3-dən sənətçinin müalicəsinə başlanacaq”

Son günlər ciddi xəstəlikdən əziyyət çəkən Aşıq Azər Xanlaroğlu xəstəxanaya yerləşdirilir. Bu haqda məlumatı musavat.com-a millət vəkili Qənirə Paşayeva deyib. 
Onun sözlərinə görə, sənətçi fevralın 3-də 1 saylı Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yatırılacaq. Millət vəkili fevralın 2-də Azər Xanlaroğlunu evində ziyarət edib: “Mən həm bu ailənin dostu kimi, həm millət vəkili kimi onun sağlamlığa qovuşmasına dəstək olmağa çalışıram. Artıq səhiyyə nazirinə də müraciət etmişəm. Onun xəstəliyi elədi ki, dövlət tərəfindən mütləq dəstək verilməlidir”.
Deputatın sözlərinə görə, fevralın 3-dən 1 saylı şəhər təcili tibbi yardım xəstəxanasında Azərin müailəcinə başlanacaq: “O, Hepatet A və B-dən əziyyət çəkir. Ayağında fil xəstəıliyi – kəşkin şiş aşkarlanıb. Həmçinin onda sürətli piylənmə gedir. İlkin mərhələdə həkimlər onu hepatitdən müalicə edəcək. Sözgedən xəstəxanada Hepatit Mərkəzi yaradılıb. Bu mərkəzdə effektli müalicə aparılır”.
Q.Paşayeva deyib ki, imkanlı şəxslərdən, tanınmış tovuzlululardan da Azər Xanlaroğlunun müalicəsinə dəstək vermələrini xahiş edib: “İnanıram Xanlar Məhərrəmovun yadigarı olan Azəri taleyin ümidinə buraxmayacaqlar”.
Millət vəkili onu da bildirib ki, Azərin ailəsi Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya da müraciət edib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın