Şənbə , Sentyabr 18 2021
Ana səhifə / Aktual / Azər Badamov Eldəniz Səlimovun əleyhinə səs verməyib? – Açıqlama

Azər Badamov Eldəniz Səlimovun əleyhinə səs verməyib? – Açıqlama

Milli Məclisin qərarı ilə toxunulmazlıq hüququ ləğv edilən deputat Eldəniz Səlimovla bağlı məsələdə onunla yanaşı əyləşən həmkarı Azər Badamov da səs verib.

E.Səlimovun toxunulmazlıq hüququnun ləğvinə səs vermiş 98 nəfər arasında Azər Badamovun olmadığı barədə Modern.az-da dərc edilən xəbərə qusarlı deputat sərt reaksiya verib.

Belə ki, 51 saylı Qusar seçki dairəsinin deputatı Azər Badamov bildirib ki, onun səsvermədə iştirak etmədiyi barədə informasiya həqiqəti əks etdirmir.

A.Badamov deyib ki, həmin məsələnin səsverməsində toxunulmazlıq hüququnun ləğvinə səs vermiş 98 deputatdan biri də odur.

“Mən səsvermədə iştirak etmişəm”,- deyə Azər Badamov bildirib.

Xatırladaq ki, Milli Məclisin 98 üzvü E.Səlimovun toxunulmazlıq hüququnun ləğvinə səs vermiş, 1 nəfər bitərəf qalmış, 1 nəfər isə səs verməmişdi.

İyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib./Modern.az

Həmçinin oxuyun

Qondarma rejimin “bayrağı”nı silən polis kimdir? — FOTOLAR

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada …