Şənbə , Noyabr 28 2020
Ana səhifə / Aktual / Aytəkin Alxaslı generalın yanında yıxıldı – Hamı bu videodan danışır

Aytəkin Alxaslı generalın yanında yıxıldı – Hamı bu videodan danışır

Bu gün sosial şəbəkələrdə tanınmış jurnalist Aytəkin Alxaslının skuterlə qəzaya düşdüyü anın görüntüləri yayılıb.
Müzakirələrə səbəb olan videodakı hadisə bir neçə il əvvəl Qusar rayonunda sərhəd zastavalarının açılışı zamanı baş verib. Belə ki, Alxaslı sərhəd zastavasının skuterini sınaqdan keçirmək üçün sükan arxasına keçib. Lakin telejurnalist qarlı havada sürəti tənzimləyə bilməyərək maneəyə çırpılıb və skuterdən yıxılıb.
Hadisənin baş verdiyi ərazidə olan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev qaçaraq jurnalistə kömək edib.
Daha sonra general Aytəkin Alxaslıya zarafatyana “Bu gün burada ən yüksəkliyə qalxan şəxs oldunuz” deyə bildirib.(Qafqazinfo)

Həmçinin oxuyun

“Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. Azinforum.az …