Ana səhifə / Aysel Əlizadə: “Əvvəl sponsor olur, sonra sevgililik təklif edir”

Aysel Əlizadə: “Əvvəl sponsor olur, sonra sevgililik təklif edir”

Müğənni Aysel Əlizadə “Ulduzlar” adlı ilk albomunun təqdimat mərasimini keçirib.
Musavat.com xəbər verir ki, media nümayəndələri ilə bir araya gələn müğənni onların suallarına cavab verib. A. Əlizadə söhbətə albomunu tanıtmaqla başlayıb:
“Diskim çoxdan təqdim olunmalı idi. Türkiyədə çap olunduğu üçün bir az vaxt apardı.Çox düşündük, fotolarda,mahnılarda dəyişiklik etdik. Gec olsun, güc olsun. Məncə, hər ifaçının diski olmalıdır. Bu bizim vizit-kartımızdır. Müğənnilərin albomların satışından gəlir əldə etməməsi bütün dünyada aktual problemdir. Buna baxmayaraq albom hazırlamaq mənim borcumdur.”Ulduzlar” mahnısı ilk ifam olmasa da, mənə ən çox populyarlıq gətirən mahnı oldu. Ona görə alboma həmin mahnının adını verdik. albomda əziyyəti keçən hər kəsə təşəkkr edirəm”.
– Albom işlərinizi Türkiyədə görmüsünüz. Türk musiqi şirkətləri ilə işbirliyinizə vasitəlik edənlər var, yoxsa artıq öz əlaqələrinizi qurmusunuz?
– 5-6 ildir ki, Türkiyədə dostlarım çoxdur. Onlar bu sahənin adamı olduğu üçün daim mənə dəstək olurlar. Heç bir şirkətlə anlaşmam yoxdur, bu haqda düşünmürəm. Bütün işləri özüm həll edirəm. Rejissor Teoman Topçunun işlərini bəyənirəm, ona görə işbirliyi qururam. Onu başqa rejissora dəyişmək fikrim yoxdur. Gələcəkdə də onunla çalışmaq istəyirəm.
– Albom satışı yalnız Azərbaycanda olacaq, yoxsa Türkiyədə də musiqi bazarına təqdim ediləcək?
– Mənə təklif etdilər ki, albom Türkiyədə də təqdim edilsin. Amma mən qəbul etmədim. Ööz ölkəmdə tanınıram, işlərimin burada təqdim edilməsini istəyirəm. Nə zaman məni Türkiyədə də tanıyarlar, o zaman albomumu orada satışa çıxararam.
– Bir çox müğənni deyir ki, Türkiyədə iş görmək böyük maliyyə tələb edir. Sizin də 3-4 klipiniz Türkiyədə çəkilib..
–  Maddiyyatla bağlı açıqlama verməyi sevmirəm. 10 keyfiyyətsiz iş təqdim etməkdənsə, 1 əla iş görərəm. İstəmirəm ki, tamaşaçılar klipimi izlədiyi zaman narazı qalsın. Bu günə qədər Türkiyədə işlərimə xərclədiyim pulla Azərbaycanda partlayış edərdim. 4-5 klipimə 15 klipin pulunu xərcləmişəm. Məni bəzən tənbəllikdə ittiham edirlər. Amma mən gec-gec də olsa, keyfiyyətli iş görürəm.
– Müğənnilərimiz tez-tez açıqlama verir ki, Türkiyədə onları aldadırlar, deyilən məbləğdən qat-qat çox pul tələb edirlər. Siz bu cür halla qarşılaşmısınızmı?
– Mənim başıma gəlməsə də, bu reallıq var. Bir şirkətə yarım milyon pul qoyursan. Onlar da deyirlər ki, bu pula 5 klip çəkəcəyik, 10 mahnı yazdıracağıq. Sonra isə baxırsan ki, yarım milyon 2 milyonu keçib və artıq ödəniş etməlisən. Aldatma halları var. Mən gedib hər detalı özüm danışıram. Özümü qorumağı bacarıram.
– Türkiyədə komandanız olduğunu dediniz. Bəs, orada şou-biznesə niyə qoşulmursunuz?
– Səviyyəli şəkildə alınsa, istəyərəm. Bilirik ki, Röya artıq Türkiyədə sevilir. Bu da bizi sevindirir. Röya orada yüksək səviyyəli işlər təqdim edir. Düşünürəm ki, bu işə böyük maddiyyat tələb edilir. Maddi imkan olduqdan sonra bütün zirvələri fəth edə bilərsən. Təbii ki, istedadın da olması şərtidir.
 – İstedad olub, pul olmasa, necə?
– Elə istedadlı ifaçılar var ki, maddi imkanı olmasa da, bəxti gətirib və ona dəstək olan olub. Gərək insanın şansı da olmalıdır. Şou-biznesimizdə elə müğənnilər var ki, böyük məbləğdə pullar xərcləsə də,  ortada iş olmur. Mən o insanlara demək istəyirəm ki, gördükləri işləri götür-qoy etsinlər. Son zamanlar şou-biznesdə passivləşmə gedir. İş görən insan barmaqla sayılacaq qədərdir. Gözəl mahnı tapa bilmirik. 4-5 qəşəng mahnı axtarıram. Eyni stildə mahnılar yazırlar. Ya söz musiqini, ya da musiqi sözü tutmur. İki ay ərzində mahnı axtarırdım. İnanın ki, birini güclə tapmışam.






Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın