Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Aynur Sofiyevaya yeni vəzifə verildi

Aynur Sofiyevaya yeni vəzifə verildi

Azərbaycanın qadınlar arasında beynəlxalq qrossmeysteri Aynur Sofiyevaya yeni vəzifə verilib.

Belə ki, o, sədr müavini olaraq çalışdığı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində sədr vəzifəsini icra edəcək.

Buna səbəb Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın seçkiyə görə vəzifəsinin icrasını dayandırmasıdır.

Xatırladaq ki, 41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olan Hicran Hüseynova parlament seçkilərinə qatıldığı üçün məzuniyyətə çıxıb. Unikal.org-ın məlumatına görə, onun vəzifəsinin icrası isə Komitə sədrinin müavini Aynur Sofiyevaya tapşırılıb.

Qeyd edək ki, Aynur Sofiyeva 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olub. 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanıb. 20 yaşında tələbələr arasında dünya çempionu (2 qızıl medal), həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medalçısı, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanıb, bir çox beynəlxalq turnirlərin qalibi olub. 1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, Islam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb. 2002-2007-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının Prezidenti olub.

2007-cı ilin mart ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.

Onu da qeyd edək ki, Aynur Sofiyeva veteran futbolçu və baş məşqçi Yunis Hüseynovla ailəlidir. Onların 2 övladı var.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …