Şənbə , Aprel 20 2024
Ana səhifə / Aygün və Röya ilə barışdı

Aygün və Röya ilə barışdı

Müğənni Elton Hüseynəliyev küsülü olduğu xalq artisti Aygün Kazımova və əməkdar artistRöya Ayxanla barışıb.

“ Azinforum.az ” Axşam.az-a istinadən bildirir ki, sənətçi “ATV maqazin onlarla” verilişində barışıq addımını özünün atdığını deyib: E.Hüseynəliyev Aygün Kazımovaya qarşı yanlışlıq etdiyini etiraf edib:

“Onlar ölkənin iki ən böyük ulduzlarıdır. Çoxu deyə bilər ki, əvvəl başqa danışırdı, indi başqa. Bir az zaman keçəndən sonra insan fikirləşir, səhvini başa düşür. Söz-söhbət başlayanda, barışıq üçün ilk kişi addım atmalıdır. Oturub gözləməyəcəm ki, xanım mənə zəng vursun. Aygün xanımla münasibət yaxşı deyildi, zəng vurdum, könlünü aldım. O da barışıq istəyimi geri çevirmədi. Düşündüm ki, küsülü qalmayaq. Gözəl anlarımız, dostluğumuz olub. Divamızdır, xətrini çox istəyirəm”.

E.Hüseynəliyev R.Ayxanı “əməkdar artist” adı alması münasibətiylə təbrik etdiyini bildirib: “Bir toyda idik, onu təqdim etdim. “Əməkdar artist” adı alandan sonra istəyirdim təbrik edim, fürsət tapmırdım. Toy məclisində bir araya gəldik, onu təqdim etdim: “İndi isə hamının sevimlisi, mahnıları dillər əzbəri olan, respublikanın əməkdar artisti gəlir”. Çıxdı səhnəyə, “Eltona təşəkkür edirəm” dedi və barışdıq. Allah şeytana lənət etsin”.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın