Cümə , İyul 19 2019
Ana səhifə / Aygün ölkədən necə getdi? – Açıqlama

Aygün ölkədən necə getdi? – Açıqlama

Aygün Kazımova məhkəmə qərarını icra etmədiyi üçün onun ölkədən çıxışına qadağa qoyulub.

“ Azinforum.az ” xəbər verir ki, bunu APA-ya müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov deyib. F.Həsənov bildirib ki, Nəsimi rayon Məhkəməsi N.Həbibinin A.Kazımovaya qarşı qaldırdığı iddianı təmin edib: “Məhkəmə Aygün Kazımovanın Natavan Həbibi barəsində işlətdiyi ifadələrə görə təkzib verməsi və üzr istəməsi barədə qətnamə qəbul edib. Həmin qətnamədən Aygün Kazımovanın verdiyi apellyasiya və kassasiya şikayətləri isə təmin edilməyib. Lakin həmin qətnamə Aygün Kazımova tərəfindən icra olunmadığı üçün biz yenidən Nəsimi rayon Məhkəməsinə müraciət etdik. İcra haqqında qanuna görə, məhkəmə qərarını icra etməyən şəxsin ölkədən çıxışına qadağa qoyula, inzibati qaydada həbs edilə və ən nəhayət, cinayət məsuliyyətinə cəlb oluna bilər.

Nəsimi rayon Məhkəməsi oktyabrın 1-də həmin məsələ ilə bağlı qərardad çıxarıb. Həmin qərardada əsasən, Aygün Kazımova məhkəmə qərarını qərəzli şəkildə icra etmədiyi üçün ölkədən çıxışına məhdudiyyət qoyulub. Qərardad tərəflərə çatandan sonra 10 gün müddətinə tərəflərin apellyasiya şikayəti vermək hüququ var. Əgər apellyasiya şikayəti verilməsə o, zaman qərardad qanuni qüvvəyə minir. A.Kazımova həmin qərardadı alandan sonra apellyasiya şikayəti verib. Yaxın günlərdə onun şikayətinə baxılacaq. Həmin qərardad hazırda qanuni qüvvəyə minmədiyi üçün Aygün Kazımova ölkəni rahat şəkildə tərk edə bilər”.

Qeyd edək ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə müraciət etmişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.

Onu da qeyd edək ki, bu gün bəzi KİV-lərdə Aygün Kazımovanın ölkədən qaçması barədə məlumat yayılıb. Həmin məlumata görə, A.Kazımova İstanbula gedib.

Həmçinin oxuyun

Büdcə kəsiri kritik həddən 2 dəfədən çox azdır – Təhlil

2019-cu ilin birinci yarısında  dövlət büdcəsinin icrası ilə bağlı məlumatlar açıqlanıb.  İlin ilk 6 ayında …

Bir cavab yazın