Cümə , Aprel 19 2024
Ana səhifə / Aygün 90 minlik avtomobilini borca görə satıb?

Aygün 90 minlik avtomobilini borca görə satıb?

Xalq artisti Aygün Kazımova avtomobilini satıb.
Azinforum.az saytının yaydığı məlumata görə, müğənni özünə yeni aldığı “Chevrolet Camaro Cabriolet” markalı maşınını satmaq məcburiyyətində qalıb. Kazımovanın borcunu ödəmək üçün belə bir addım atdığı iddia olunur.
Avtomobilin qiyməti isə təxminən 90 000 dollardır. Sənətçi ilə bağlı daha bir xəbər isə özünə köməkçi axtarmasıdır.
Müğənninin ilkin şərti isə onunla əməkdaşlıq edən şəxsin avtomobilinin olmasıdır.
Musavat.com yayılan iddialarla bağlı xalq artistinin mətbuat katibi İsa Şükürovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Aygün xanımın maşını həyətindədir. O avtomobilini satmaq barədə ümumiyyətlə düşünmür. Özünə avtomobili olan işçi axtarması da, borc məsələsi də yanlışdır”.
Qeyd edək ki, A.Kazımova avtomobilini bu ilin mart ayında almışdı.

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın