Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Aydın Mirzəzadənin dairəsində 3 məntəqə ləğv edildi

Aydın Mirzəzadənin dairəsində 3 məntəqə ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 47 saylı Mingəçevir  seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. 

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Müraciətdə həmin dairədən qeydə alınmış namizədlər İbrahim Salamov və Qurbanəli Yusibov 14 seçki məntəqəsində seçkinin nəticələrini mübahisələndiriblər.  

MSK-nın araşdırması zamanı müəyyən olunub ki, yalnız 3 görüntüdə seçicilərin iradəsini aydınlaşdırmaq mümkün olmayıb. Beləliklə, MSK qərara alıb ki, 9,17, 21 saylı məntəqələrdə seçkilərin nəticələri etibarsız hesab edilsin.

Qeyd edək ki, həmin dairədə lider namizəd Aydın Mirzəzadədir.

Həmçinin oxuyun

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə …