Şənbə , Aprel 20 2024
Ana səhifə / Aybəniz Haşımova əməkdar artisti “öldürdü” — FOTO

Aybəniz Haşımova əməkdar artisti “öldürdü” — FOTO

Əməkdar artist Kübra Əliyeva səhnədən getdiyini açıqlamışdı.

Aktrisa bildirmişdi ki, hazırda dünyasını dəyişmiş oğlunun 13 yaşlı övladına baxır. Saytlar isə bu xəbəri “Səhnəmiz Kübra Əliyevanı itirdi” başlığıyla dərc etmişdi.

Ölkə.Az-ın məlumatına görə, digər əməkdar artist Aybəniz Haşımova isə sözügedən xəbəri sosial şəbəkədəki hesabında paylaşaraq bunları yazıb:

“Səhnəmizin dəyərli sənətkarı Kübra Əliyevanın dünyamızdan köçməsi xəbəri olduqca üzücü bir xəbər oldu. Allah rəhmət eləsin, yeri behişt olsun! Amin!”.

Ehtimal ki, A.Haşımova sözügedən xəbərlərin yalnız başlığını oxuyub.

 

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın