Cümə , Aprel 19 2024
Ana səhifə / “Ayağımı əməliyyat etdilər, yaranı kəsdilər” – Əli Mirəliyev

“Ayağımı əməliyyat etdilər, yaranı kəsdilər” – Əli Mirəliyev

Müğənni Əli Mirəliyevin səhhətində ciddi problem yarandığı ilə bağlı məlumat daxil olub. Məlumatda o da qeyd olunur ki, müğənni hətta Amerikaya gedərək müayinədən keçib və hazırda ciddi müalicə olunur.

Daxil olan məlumatı dəqiqləşdirmək üçün Əli Mirəliyevin özü ilə əlaqə saxladıq.

Əli Mirəliyev bildirdi ki, xarici ölkəyə özü yox, oğlu gedib:“Xaricə özüm getməmişəm, bu yaxınlarda oğlumu ABŞ-ın Kaliforniya ştatına yola salmışam. Özüm indi Bakıdayam, Mərdəkandakı evimdəyəm. Səhhətimdə hazırda heç bir problem yoxdur. Ancaq bir qədər əvvəl ayağıma küt alət batmışdı. Həkim ayağımın altını əməliyyat elədi, yaranı kəsdi, içərisin təmizlədi. O mənə bir qədər əziyyət verdi, rahat gəzə bilmirdim, axsayırdım. Ona görə də evdən bayıra çıxmırdım. Şükür indi yaxşıyam, normal gəzirəm”.

Müğənni efirlərdə görünməməyinin səbəbini də açıqlayıb: “Kimin üçün oxuyum axı, hansı efir üçün oxuyum? İndi efirlərdə aləm qarışıb bir-birinə. Dünyada gedən siyasi proseslər efirlərə də təsir edib. Efirlərdəkilər başların itiriblər. Heç müğənnilər də verilişlərə gəlmir. Müğənnilər efirlərə toya görə gəlirdilər, indi toy yoxdur deyə efirə də çıxmırlar. Amma mən toy oxuyanı yox, efir oxuyanı olmuşam. Yenə də efir oxuyanı olaraq qalıram. Mən toy bazrına işləyən müğənni deyiləm ki, onlar kimi bir dənə geydirmə mahnı yazdıram, özümü o kanaldan, bu kanala vuram. Zurnadan, zaqsan, toydan gic-gic mahnılar oxuyurlar. Mən onlardan deyiləm, professional müğənniyəm, xalqımın ziyalılarının düşünülmüş sözlərinə yazılmış əsərlər oxuyuram. İslam Səfərli, Zeynal Cabbarzadə, Cabir Novruz kimi ziyalılarımızın sözlərinə müraciət edirəm. İndikilər bilmir ki, nə yazdırıblar, sözlər kimindi, musiqini kim yazıb. İndi sənət meydanı bazara çevrilib və mən də bu bazara girmirəm. Nə zaman bizim xalqımızda, dövlətimizdə saflıq, paklıq olar, həqiqətən də Üzeyir Hacıbəyov musiqisinə ehtiyac olarsa, mən orada hər zaman varam. Səməd Səmədov, Aygün Kazımova, Faiq Ağayev, Baloğlan Əşrəfov kimi N qədər oxuyan var. Amma bunlar Azərbaycan musiqisini yox, Orta Asiya, Şərq musiqisini təbliğ edirlər. Bunu deməkdən də yorulmuşam. Ona görə də mən bütün efirlərə də, rəhbərlərinə də musiqinin başında dayananlara da müraciət etmişəm ki, bu bazarı bağlasınlar. Bu bazarda Üzeyir Mehdizadələr əmələ gəldi. Üzeyir Hacıbəyovun qoyduğu yolu Üzeyir Mehdizadə bitirdi. Örnəklərimizi, dəyərlərimizi, böyüyə-kiçiyə, musiqimizə, valideynlərimizə hörməti itirdik, övlad valideyn, valideyn də övlad qatilinə çevrildi. Bəlamız da budur, torpaqlarımızı, adət-ənənələrimizi itirməyimizin kökündə də bu səbəblər dayanır”.

Ə.Mirəliyev fürsətdən istifadə edərək  müqəddəs Ramazan bayramı münasibətilə xalqımıza arzularını da çatdırıb: “Arzu edirəm ki, qeyrətli, namuslu olaq. Yaşlı, cavan, kişi, qadın, hər birimizin namusumuzu, qeyrətimizi qorumalıyıq. Siyasi işlərə qarışmıram, siyasət yixarıdakıların işidir. Biz bir-birimizin ayağını tapdalaamyaq, xeyrimizə olan sözlər deyək, səhvlərimizi deyək, doğru yol göstərək. ancaq belə olan təqdirdə biz düzələcəyik, yoxsa ki, yalandan bir-birini tərifləməklə iş bitmir. Bu əziz gündə hər kəsdən xahiş edirəm ki, bir-birimizin çatışmayan cəhətlərimizi üzümüzə deyək. Sözün yaxşı mənasında çaşanları, yolundan azanları, içki aludəçilərini düzgün yola dəvət edək. Evlərin yıxmayaq, onları ayıldıb, başa salaq ki, getdikləri yol onları bataqlığa aparır. Ağsaqqallarımızdan xahiş edirəm, Arif Babayevdən, Əlibaba Məmmədovdan, Canəli Əkbərovdan, musiqidəki ağsaqqallarımızdan xahiş edirəm ki, cavanları, indiki oxuyanları yalandan tərif etməsinlər. Əksinə, onları başa salsınlar ki, üzərilərində daha çox işləsinlər, daha artıq çalışsınlar. Belə olarsa, bu gün 3 milyon oxuyan musiqimizi korlamaqla məşğul olmaz”.

Moderator.az

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın