Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / “Axşam işıqları söndürdülər, ağacları kötüyündən çıxarıb apardılar” – Fotolar

“Axşam işıqları söndürdülər, ağacları kötüyündən çıxarıb apardılar” – Fotolar

Mayın 3-dən 4-nə keçən gecə Bakının Xətai rayonunda 130-a yaxın ağac kəsilib və köçürülüb. Ətrafda yaşayan bina sakinləri prosesə müdaxilə etməsəydi bu say daha da arta bilərdi.

“Qafqazinfo”nun əməkdaşları bu gün həmin ərazidə olublar. İkinci və üçüncü “kvartal”ların 50-yə yaxın sakini ağacları kəsilən kiçik parkda toplaşıb iməcilik edirlər. Kötüyündən çıxarılan və kəsilən ağacların yerində yeni ağac şitilləri və güllər əkirlər. 

99-cu binanın sakini Vilayət Quliyev bildirir ki, illər əvvəl həmin ərazi ağac bolluğundan meşə kimi imiş: “Biz burada meyvə ağacları da əkmişdik, bu parkda istirahət edirdik. Həm də ağaclar bizim, bu binada yaşayanların havası idi. Beşinci gün axşam saat 9-da bütün ərazinin işıqlarını söndürdülər, həmin vaxt gətirib fəhlələri, maşınları əraziyə salıblar. Gecəykən ağacları doğrayıb, traktorla kötüyündən çıxarıb yük maşınlarına yükləyiblər. Gecə saat 10-dan sonra sakinlərin xəbəri olub və qarşısını aldıq. Ağac yüklənmiş “Shachman”ları sürüb getdilər. Biz də öz pulumuzla ağac və güllər alıb əkdik. Bizdən başqa digər binalarda yaşayanlar ağac alıb təməmnnasız olaraq gətirib bizə verirlər. Mayın 10-da Heydər Əliyevin ildönümü münasibətilə burada böyük iməcilik təşkil edəcəyik, buranı şəhidimiz Mübariz İbrahimovun adına park edəcəyik”.

V.Quliyev bildirib ki, əraziyə baş çəkən dövlət qurumlarının əməkdaşları onlara konkret bir söz, ərazinin gələcək vəziyyəti ilə bağlı bir vəd verməyiblər.

Həmçinin oxuyun

Ramin Quluzadə: “Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir”

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Vyetnamın birgə təşkilatçılığı ilə “ITU Virtual Digital World 2020” beynəlxalq …