Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / “Axı sən kimsən ki, özünü padşahlar kimi aparırsan,…” – İcra başçılarına ittiham

“Axı sən kimsən ki, özünü padşahlar kimi aparırsan,…” – İcra başçılarına ittiham

“İcra başçıları özlərini padşah kimi aparırılar. Bunun da səbəbi odur ki, özlərindən yuxarılara haqq ötürürlər, ona görə də arxayındırlar”.

Bu fikirləri mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, icra başçıları o qədər varlanıb ki, heç kimi saymır. Gözləri ayaqlarının altını görmür:

“Bu adamlar sıravi vətəndaşlara yuxardan aşağı baxırlar. Bunlar padşahdırlar, rayon camaatı isə bunların qulları. Bax, əsl mahiyyət budur. Onlar prezidentin iradəsinin əksinə gedirlər. Ona görə də yerlərdə ciddi narazılıq yaranıb. Qazaxın icra başçısı özünü hamıdan üstün tutur. Axı sən kimsən ki, özünü padşahlar kimi aparırsan, başına çətir tuturlar? Mən yaxşı bilirəm ki, o kimin hesabına orda oturub. Heç olmasa, ölkə prezidentindən nümunə götürün. Həmin gün ölkə başçısı da açıq havada tədbirlərə qatıldı, amma o sadəliyindən geri qalmadı. Bütün situasiyalarda o hamıya nümunədir. Ad gününü köçkünlərlə bir arada keçirdi. Amma bu icra başçısı az qala, camaatın belində gəzmək istəyir. Təbii ki, bu cür hallarla rayonda narazılığın səviyyəsini arttırır. Hesab edirəm ki, belə bir niyyətdə olan adam vəzifədə qalmamalıdır”.

Pariya sədri onu da nəzərə çatdırıb ki, əksər rayonlarda analoji vəziyyət höm sürür.

“Bilirsən necədir, harda alverçi var bu gün icra başçısı vəzifəsində oturub. Ona görə də dövlət işinə alver predmeti kimi yanaşırlar. Onlar üçün əsas puldur. Bu cür adamlar öz ailələrinə sahib çıxa bilmirlər, onlardan dözləti, dövlətçiliyi qoruyan olar? Ona görə də biz hər zaman meydandayıq. İmkan vermərik ki, kimsə dözlətçiliyə zərbə vursunlar. Hər şeyi bir nəfərə yükləmək istəyirlər. Prezident hardan bilsin ki, Qazaxın icra başçısı hansı oyunlardan çıxır? Ən pisi odur ki, icra başçılarına nəzarət etməli olan adamlar da yerindıə deyillər, elə bunlarla əlbirdirlər. Kuratorlar düzgün məlumat çatdırmırlar”, – deyə partiya sədri fikrini tamamlayıb.

 

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …