Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Aktual / “Axı mənim atla nə işim ola bilər?” – Daşkəsənin icra başçısı öldürülən atlardan DANIŞDI

“Axı mənim atla nə işim ola bilər?” – Daşkəsənin icra başçısı öldürülən atlardan DANIŞDI

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev rayonunun Xoşbulaq qəsəbəsində atın və balasının öldürülərək, yaşayış evlərindən 150 metr aralıdakı dirəkdən asılmasından danışıb. 
Moderator.az-ın məlumatına görə, icra başçısı “Demokrat.az”a bildirib ki, sözügedən hadisə Daşkəsən ərazisində olmayıb:
“Mən tapşırıq vermişəm ki, o məsələ araşdırılsın. Hazırda hüquq-mühafizə orqanları da bu məsələ ilə məşğul olur. Mənə məlumat verildi ki, atların öldürüldüyü yer bizim ərazidə olmayıb. Ora bizim meşə deyil. Həmin fotolar başqa yerdə çəkilib, ora Daşkəsən deyil. Digər tərəfdən isə bu hadisə qışda olub”.
Ə.Abıyev deyib ki, bu hadisənin Daşkəsən rayon İcra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur:
“Axı mənim atla nə işim ola bilər? Nəyə görə atı öldürüb asmalıyam? İcra Hakimiyyətinin işi-gücü qurtarıb ki, gedib meşədə atı öldürsün? O atların guya İcra Hakimiyyətinin göstərişi ilə öldürülməsi barədə deyilən fikirlər də cəfəngiyyatdır. Bu hərəkəti edənlər ən alçaq, şərəfsiz adamlardır. O atları öldürənlərin vicdanları yoxdur”.

Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …