Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Axı Eynulla hardan bilsin ki, Şirin Mirzəyev kimdir?..” –Rey Kərimoğlu

“Axı Eynulla hardan bilsin ki, Şirin Mirzəyev kimdir?..” –Rey Kərimoğlu

“O, yəqin, növbəti parlament seçkiləri ilə bağlı məlum yerdəki “Bos”undan tapşırıq alıb…”

Jurnalist Eynulla Fətullayev dünən özünün “Facebook” səhifəsində şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, deputat Flora Qasımova haqda heç bir əsası olmayan hədyanlar səsləndirib.  Keçmiş Qarabağ döyüşçüləri, o cümlədən bilavasitə polkovnik-leytenant Şirin  Mirzəyevin alayında savaşmış veteranlar bunu hiddətlə qarşılayıb. Tanınmış Qarabağ qazisi və jurnalist, 1991-1993-cü illərdə  Şirin Mirzəyevin komandiri olduğu alayın tərkibində kəşfiyyatçı kimi döyüşərək ağır yaralanmış Rey KərimoğluModerator.az-a açıqlamasında bunları söyləyib:
“ Azərbaycan ictimaiyyəti  gözəl bilir ki, Flora xanım Qasımova savadlı, bilikli bir müəllim, pedaqoq,  hələ sovet dövründən aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olan milli ruhlu, ləyaqətli  bir Azərbaycan vətəndaşıdır… 
Bəlkə də bəziləri bilmir? Flora Qasımova hələ 1973-cü ildə  Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları sovetinin üzvü olub. Hazırda Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvüdür. Qarabağ problemi ilə də bağlı, illərdir ki, imkanları daxilində kifayət qədər çıxışlar edir,  müsahibələr verir, sözünü deyir. Ziyalı, vətənpərvər və obyektiv bir insandır. Eynullanın narahatçılığına gəldikdə isə, narahat olmasın, Flora xanım Qarabağın tarixini, mədəniyyətini yaxşı bilir, problemlə bağlı Azərbaycanın haqlı və ədalətli mövqeyini də dəfələrlə ifadə edib və  bu gün də bu işi görür. Lazımi məqam yetişəndə də sözünü daha yüksək səviyyədə deyəcək… 
Sözügedən tanınmış(!) sayt rəhbərinin şəhid Milli Qəhrəman, polkovnik-leytenant Şirin Mirzəyevi tanımamağına gəldikdə isə, yaxşı başa düşürəm, axı  Eynulla Şirin Mirzəyevi haradan tanısın? Onun tanıya biləcəkləri adamlar siyahısında Şirin Mirzəyevin adı olmaya bilər… Amma  əsas odur ki, Şirin Mirzəyevi Azərbaycanı, Qarabağı sevənlərin hamısı tanıyır……Şirin Mirzəyev mənim komandirim olub. Azərbaycan ordusunu quranlardandır komandirim… Bununla qürur duyuram… O,1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid oldu. Azərbaycanın Milli Qəhrəmanıdır…” 
“Eynulla, yəqin, növbəti parlament seçkiləri ilə bağlı məlum yerdəki “Bos”undan tapşırıq alıb… Onun sosial-şəbəkədəki son cızma-qaraları da gələn ilki parlament seçkilərinə “hazırlığın”tərkib hissəsidir…”-deyə Rey Kərimoğlu əlavə edib. 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …