Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / AXCP gənclərini İnsan Alverinә Qarşı Mübarizә İdarәsinә çağırıblar – yeni skandal yetişir

AXCP gənclərini İnsan Alverinә Qarşı Mübarizә İdarәsinә çağırıblar – yeni skandal yetişir

Musavat.com xəbər verir ki, AXCP-nin bir neçə fəal funksioneri, o cümlədən də Emil Sәlimovla İlham Hüseyn İnsan Alverinә Qarşı Mübarizә İdarәsinә çağırılıb.

Bu barədə o, özünün FB səhifəsində yazıb. O bildirib ki, İnsan Alverinə qarşı Mübarizə üzrə İstintaq İdarəsindən zəng vurub, gizli saxladıqları hansısa işlə bağlı şahid qismində ifadə vermək üçün oraya dəvət olunub. Gənc fəal narahatlıqla yazıb: “Təbii ki, İdarəyə vəkillə gedəcəm. Amma əminliklə bildirirəm ki, şəxsimlə bağlı hazırlanacaq olan hər hansı iş bəri başdan quramadır və siyası fəaliyyətimlə bağlıdır”.

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn də bu gün İnsan Alverinə qarşı Mübarizə İdarəsinə çağırılıb. Bu barədə o da özünün FB səhifəsində yazıb:
“Mənə heç bir aidiyyatı olmayan iş üzrə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağırılmışam. Sabah hər şey aydın olacaq. Diqqətiniz üçün təşəkkür edirəm”.

Musavat.com bildirir ki, ümumiyyətlə AXCP rəhbərliyi yazılması mümkün olmayan bir skandal içindədir. Əgər istintaq orqanları bu faktları açıqlasalar, ölkə ciddi siyasi biabırçılıqdan çalxanacaq.

AXCP sədri Əli Kərimlinin heyranı olan gənc fəal Fatimə Mövlamlının uyğunsuz bir yerdə polis reydi nəticəsində yaxalanması (özü bu faktı etiraf edib) və bu zaman ortaya çıxan faktları açıqlamayan istintaq orqanları, görünür, bu skandalı da açıqlamaqdan çəkinirlər. “Oğru elə bağırdı…” janrında ön hazırlıq görən AXCP-çilər demək olar ki, dövlət orqanlarını, əllərindəki faktları açıqlamamaq üçün şantaj həyata keçirdirlər. Belə bir prosesə şəxsən Əli Kərimli də qoşulub.

sdasdas.JPG (38 KB)

Fatimə Mövlamlı AXCP rəhbərliyi ilə

O özünün “feysbuk” səhifəsində yazıb ki, E.Səlimovun İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə çağırılması F.Mövlamlının canlı yayımda anons etdiyi təxribatın başlanmasıdır:

“Fatimə Mövlamlının canlı yayımda anons etdiyi təxribatlar başlandı… Fatimə dözmədi və hər şeyi özü canlı yayımda danışdı. Onu da dedi ki, rejim AXCP-nin gənc liderlərinə – Rəyasət Heyəti üzvləri İlham Hüseyn, Emil Səlimov və Ağil Əli Məhərrəmə qarşı təxribat hazırlayır. Fatimədən də bu təxribatda iştirak etmək istənilib, lakin o bundan qəti imtina edib. Artıq təxribata start verilib. DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən AXCP Gənclər Komitəsinin sədri Emil Səlimovu şahid kimi ifadə vermək üçün idarəyə çağırıblar. Gənclərdən əl çəkin!”

AXCP sədri, bundan əvvəl yaxın ətrafının üzləşdiyi seks skandallarının daha bir dalğasının başlaya biləcəyindən o qədər narahatdır ki, bilavasitə öz adını bu prosesə qatmaqdan çəkinməyib.

Prosesin gedişi haqda məlumat veriləcək.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …