Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / AXCP-də ciddi gərginlik – yeni plana əsasən, ən fəal üzvlər partiyadan qovulacaq (ÖZƏL)

AXCP-də ciddi gərginlik – yeni plana əsasən, ən fəal üzvlər partiyadan qovulacaq (ÖZƏL)

Müsavat Partiyasında  baş verən son kataklizmlər deyəsən, AXCP-dən də yan keçməyib. Artıq AXCP-nin bəzi fəalları ilə  partiya rəhbərliyi arasındakı ziddiyyət pik həddədir. Hətta iş o yerə çatıb ki, partiya rəhbərliyi AXCP-nin ən fəal 2 üzvünü xırda səbəbi əsas gətirərək partiyadan çıxarmaqla bağlı şifahi göstəriş   verib. Bu barədə Azinforum.az-a məlumatı partiyanın daxilindəki qaynaq verib. Mənbəmizin dediyinə görə, rəhbərliyin qəzəbinə tuş gələn şəxslər – AXCP Nərimanov rayon təşkilatının şöbə müdiri Ağaşirin Tanrıverdioğlu və həmin rayon təşkilatının gənclər üzrə sədr müavini Dəyanət Babayevdir.

 

 

agasirin

Ağaşirin Tanrıverdioğlu

“Hər iki şəxs AXCP-nin ən fəal üzvlərindədir. Dəfələrlə həbs olunublar. Buna baxmayaraq,  artıq onların “qələmini sındırıblar”.  Bu barədə AXCP  Nərimanov rayon təşkilatının sədri Hacı Abbaslıya və Əli Kərimlinin müşaviri Məmməd İbrahimə xüsusi göstəriş verilib. Deyilənə görə, bu şəxslər  hazırda AXCP rəhbərliyi ilə ciddi konfliktləri olan: Ramiz Tağıyev  və jurnalist Sərdar Əlibəyli ilə mütəmadi görüşdükləri və iqtidara yaxın olan adamlardan pul istədikləri ücün cəzalandırılırlar” – deyə, mənbə bildirib.

 

 

 

dayan

Dəyanət Babayev

AXCP-dəki qaynağın sözlərinə görə, qanuni prosedura əsasən, hər iki şəxsin partiyadan xaric olunması üçün, onların təmsil olnduğu rayon təşkilatı Məclisinin qərarı olmalıdir: “Bir neçə dəfə Məclisi yığmağa cəhd etsələr də, yetərsay əldə olunmayıb. Artıq yetərsay olmasa belə, sözügedən şəxslərin 8 may  saat 19.30-a təyin edilən Məclisin qərarı ilə partiyadan uzaqlaşdıracaqlar”

Qeyd edək ki, barələrində “hökm” çıxarılan şəxslərin partiyada çoxlu sayda tərəfdarı var. Onlara qarşı belə sərt tədbirin görüləcəyi halda, AXCP-də kütləvi istefalara start verilə bilər.

Adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Vidadi Ordahallı 

AZİNFORUM.AZ

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın