Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Avtovağzalda Wi-Fi quraşdırılır

Avtovağzalda Wi-Fi quraşdırılır

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində pulsuz internet olacaq.

“ Azinforum.az ” xəbər verir ki, bunu Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.

Onun sözlərinə görə, kompleksin rəqəmsallaşdırılması üzrə pilot layihə çərçivəsində pulsuz Wi-Fi xidməti yaxın günlərdə istifadəyə veriləcək:

“Bakı Beynəlxalq Avtovağzal Kompleksində uzaq məsafəyə hərəkət edən avtobusların demək olar ki, hər birində pulsuz və sürətli Wi-Fi xidməti var. Məlum olduğu kimi kompleksin ərazisində nəqliyyat qovşağı istifadəyə verilib. Nəqliyyat qovşağında tezliklə ictimai Wi-Fi xidməti qurulacaq. Nəqliyyat qovşağı ümumilikdə 50 min kvadratmetr ərazini əhatə edir. Bu ərazi daxilində – gözləmə zallarında əyləşən, ictimai iaşə obyektlərindən istifadə edən və dayanacaqlarda gözləyən insanlar rahat şəkildə Wi-Fi xidmətindən istifadə edə biləcəklər”.

Yeniliyin işə düşməsi ilə bağlı texniki işlər davam edir.

Həmçinin oxuyun

“Noyabrın 30-u gecə yarısı Azərbaycan ordusu Laçın şəhərinə girəcək” – Erməni ekspert

Erməni mediasında dekabrın 1-də Laçın şəhərinin Azərbaycana təhvil verilib-verilməməsi haqda ziddiyyətli məlumatlar yayılmaqda davam edir. …