Cümə axşamı , May 26 2022
Ana səhifə / Aktual / Avtobuslarda gedişhaqqı qalxacaq? – Tarif Şurası “Bu, müzakirə olunmur” deyir

Avtobuslarda gedişhaqqı qalxacaq? – Tarif Şurası “Bu, müzakirə olunmur” deyir

Hazırda Tarif Şurasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətinin tariflərinin dəyişdirilməsi məsələsi müzakirə olunmur.

Mia.az xəbər verir ki, bu barədə Tarif Şurası məlumat yayıb.

Bildirilib ki, daşıyıcı şirkətlərin gedişhaqqının qaldırılması barədə müraciətlərininmüzakirə olunması üçün subyektlər tərəfindən təkliflər Nazirlər Kabinetinin30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun təqdim olunmalıdır:

“Məlumatlar bu Qaydalara uyğun təqdim edildikdən sonra məsələyə Şuranın iclasında əhalinin alıcılıq qabiliyyəti, istehlakçıların və bu sahədə xidmət göstərən subyektlərin maraqlarının uzlaşdırılması, dövlət büdcəsindən ayrılan subsidiyaların mərhələli şəkildə aradan qaldırılması və s. bu kimi amillər nəzərə alınmaqla baxılır və məqsədəuyğun hesab olunduğu təqdirdə tariflərin dəyişdirilməsi barədə qərar qəbul edilir”.

Xatırladaq ki, aprelin 8-də Azərbaycanda özəl daşıyıcılar Tarif Şurasına müraciət edib. Müraciətdə deyilib ki, ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb: “Buna baxmayaraq hazırda Bakı şəhərində ictimai nəqliyyatın 80 %-i qədərini (avtobuslarla müntəzəm sərnişindaşıma) özəl daşıyıcı şirkətlər icra edir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gedişhaqqı (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli deyil. Mövcud tarif daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarımını risk altına salıb”.

Həmçinin oxuyun

Səlim Müslümov ev dustaqlığına BURAXILDI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Azinforum.az-ın …