Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Avropa İttifaqı Azərbaycansız Məclis çağırır; Tiflisdə Qarabağı Azərbaycan ərazisi hesab etmirlər

Avropa İttifaqı Azərbaycansız Məclis çağırır; Tiflisdə Qarabağı Azərbaycan ərazisi hesab etmirlər

Eynulla Fətullayev

 

10-12 dekabrda Tiflisdə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik Məclisi keçiriləcək.

Virtualaz.org bildirir ki, bu barədə Forumun saytı məlumat yayıb.

Xatırladaq, Şərq Tərəfdaşlığı Aİ-nin altı postsovet ölkəsi-Azərbaycan, Ermənistan, Belarus, Ukrayna, Moldova və Gürcüstanla Avropa İttifaqının inteqrasiya əlaqələrinin inkişafı üçün yaradılmış xüsusi layihəsidir.

Amma paradoksa baxın ki, Tiflisdə “Şərq Tərəfdaşlığı” himayəsi altında keçiriləcək tədbirə Azərbaycan hökumətinin nümayəndələri dəvət edilməyib. Baxmayaraq ki, “”Şərq Tərəfdaşlığı”nda dəyişikliklər vaxtı: biz öhdəsindən gəlirikmi?” mövzusunda  müzakirələrdə Ukrayna baş nazirinin müavini İvannı Klimpuş-Sintsadzenin,  Moldova baş nazirinin müavini Yuri Lyankenin, Belarus xarici işlər nazirinin müavini Oleq Kravçenkonun və Ermənistan xarici işlər naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Zohrab Mnatsakanyanın çıxışları nəzərdə tutulub.

Brüsseldəki diplomatik mənbələr virtualaz.org-a bildiriblər ki, Avropa İttifaqı Azərbaycan hökumətinə dəvət göndərməyib. Qərara alınıb ki, rəsmi Bakının iştirakı Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi formatında məhdudlaşdırılsın.  Bundan başqa, Azərbaycan diplomatı iclasda müşahidəçi statusunda iştirak edəcək.

Diplomatik mənbələrin təsdiq etdiyinə görə, iclasda fəxri qonaq kimi Ermənistan hökumətinin başçısı Nikol Paşinyan iştirak edəcək. Avropa İttifaqı erməni baş nazirini 11 dekabr müzakirələrində iştirak etməyə dəvət edib. Maraqlıdır ki, erməni baş nazirinin Məclisin işinə cəlb edilməsi Ermənistanda parlament seçkilərinin başa çatmasından sonrakı növbəti günə düşür və ehtimal ki, N.Paşinyan ona verilmiş bu platformadan öz ölkəsində demokratik dəyərlərin qələbəsinin elanı üçün istifadə edəcək.

Ancaq Brüssel diplomatlarının sözlərinə görə, “Şərq Tərəfdaşlığı”nın mübahisəli diskussiya meydançasında Azərbaycan hökuməti nümayəndələrinin yoxluğu, Paşinyanın güman edilən qalibiyyət marşı ilə heç cür bağlı ola bilməz. Ehtimal ki, söhbət Məclis iştirakçılarının mühakiməsinə veriləcək Yekun bəyannamə layihəsindən gedir. Bəyannamə layihəsində Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması Rusiyanın “işğalçılıq siyasəti” kontekstində ifadə edilir, amma orada Avropa ictimaiyyətinin Azərbaycanın bütövlüyünə və Qarabağ münaqişəsinin nəticələrinə münasibətini ifadə edən eyni fikir yoxdur.

Xatırladaq ki, Məclisin əvvəlki illərdəki yekun sənədlərində “Şərq Tərəfdaşlığı” layihəsində iştirak edən bütün dövlətlərin ərazi bütövlüyünə mütləq dəstək ifadə edilirdi.

Azərbaycan hökumətindəki mənbələrin xəbərinə görə, rəsmi Bakı Avropa Birliyi və rəsmi Tiflislə dialoqa girməyi və yaranmış vəziyyət ətrafında təhqiqata başlamağı planlaşdırır. Bu aşkar qalmaqallı və fitnəkar vəziyyətin rəsmi Bakının strateji müttəfiqi-dost Gürcüstan ərazində yaranması  Azərbaycan hökumətində təəccüb doğurur.

Və nəhayət, bizdə olan informasiyaya görə, Məclisin işində Azərbaycanın vətəndaş cəmiyyətinin Qərbyönümlü adlandırılan seqmentinin nümayəndələri iştirak edəcəklər, hansılar ki, böyük ehtimalla, öz sələflərinin işğalçılıq siyasətini davam etdirən ölkənin hökumət başçısını ayaq üstə alqışlayacaqlar.

Virtualaz.org bu qalmaqallı tədbirə qayıdacaq, hansı ki, “Şərq Tərəfdaşlığı” layihəsində Azərbaycanın iştirakını sual altına qoya bilər. Biz, həmçinin Azərbaycanın rəsmi hakimiyyətinin nöqteyi-nəzərini təqdim etməyə çalışacağıq…

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …