Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Avropa azərbaycanlıları Amsterdama toplandı: səbəbi nədir? – CANLI YAYIM + FOTOLAR

Avropa azərbaycanlıları Amsterdama toplandı: səbəbi nədir? – CANLI YAYIM + FOTOLAR

Bu gün Hollandiyanın paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI qurultayı öz işinə başlayıb.

Tədbiri Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov açıb. Bu haqda musavat.com-a qurultayda iştirak edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu məlumat verdi. Onun bildirdiyinə görə, N.İbrahimov diaspora fəaliyyətində fərqlənən ayrı-ayrı diaspora fəallarını təltif edib.

***

Musavat.com xəbər verir ki, Bakı vaxtı ilə 13.00-də başlanan qurultayda öncə Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin hesabatı səsləndiriləcək. Mandat komissiyasının məlumatından sonra birinci panel iclası başlanacaq. Öncə Azərbaycan Respublikası Prezidentinin “2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında” sərəncamına uyğun olaraq Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin qeyd edilməsi ilə əlaqədar, Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsinin müzakirəsi keçiriləcək. Bu gün Hollandiyanın paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI qurultayı öz işinə başlayıb. Musavat.com xəbər verir ki, Bakı vaxtı ilə 13.00-də başlanan qurultayda öncə Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin hesabatı səsləndiriləcək. Mandat komissiyasının məlumatından sonra birinci panel iclası başlanacaq. Öncə Azərbaycan Respublikası Prezidentinin “2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında” sərəncamına uyğun olaraq Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin qeyd edilməsi ilə əlaqədar, Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsinin müzakirəsi keçiriləcək.

Tədbirdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri, prezidentin köməkçisi Əli Həsənov, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetininin təsisçisi Sona Vəliyeva, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov və komitənin digər rəhbər şəxsləri, xalq şairi Sabir Rüstəmxanlı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, AAK -ın vitse-prezidenti, iş adamı Fizuli Məmmədov, eləcə də ölkə mediasının tanınmış simaları – APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, Gündəlik Teleqraf Media Holdinqin rəhbəri Aynur Camalqızı, haqqın.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının idarə heyətinin üzvü Azər Həsrət, “Yeni çağ” qəzeti və yenicag.az saytının baş redaktoru Aqil Ələsgər, Azərbaycan-Türkiyə Evinin icraçı direktoru, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili və digər jurnalistlər iştirak edir.

Qurultaydan canlı-canlı xəbər və gəlişmələri musavat.com-dan izləyin.

Musavat.com

Qurultaydan canlı yayımı təqdirm edirik:

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …