Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / AVCİYA-nın Seçki Qərargahı 11 aprel 2018-ci il Prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirib (fotolar)

AVCİYA-nın Seçki Qərargahı 11 aprel 2018-ci il Prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirib (fotolar)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı 11 aprel 2018-ci il tarixdə keçiriləcək  Prezident seçkilərinin daha demokratik və şəffaf keçirilməsinə dəstək vermək üçün Uzunmüddətli Müşahidə missiyasını həyata keçirir.

Bu məqsədlə assosiasiya MSK-ya müraciətləri, imzatoplama kampaniyası və qeydə  alınma proseduru, seçici siyahıları, seçki  prosesi ilə bağlı qanun pozuntuları, seçki şikayətləri, seçki ilə bağlı qanunverici baza, seçki  ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, MSK, DSK və MnSK- ların fəaliyyəti, seçkilərlə bağlı KİV-in monitorinqi, təşviqat kampaniyası və seçki gününün monitorinqinin təşkili kimi genişmiqyaslı fəaliyyətə  start verib. Seçki Qərargahı bu işlərin icrasına 05 fevral 2018-ci il tarixdən başlayıb.

KİV-in monitorinqi iqtidar, müxalifət və müstəqil yönümlü  8 qəzet, 2 agentliyi əhatə edir.

Seçki qərargahı rayon koordinatorlarının attestasiyası, regional ofislərin işinin  prezident  seçkilərinə uyğunlaşdırılması işlərini qısa müddətdə başa çatdırıb. Seçicilərin fəallığının artırılması ilə bağlı fevralın 16-dan başlayaraq aprelin 10-na kimi  regionlarda seminarlar və müşahidəçilər üçün treninqlər keçiriləcək. İlk seminar və treninqlər gələn həftə Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayonlarında keçiriləcək. Yaxın günlərdə müşahidəçilərə kömək məqsədilə “Yaddaş kitabçası”nəşr olunacaq.

Uzunmüddətli Müşahidə ilə bağlı Aralıq Hesabat 06 aprel  2018-ci il tarixdə ictimaiyyətə təqdim ediləcək.

Seçki günü   müşahidə və seçkinin nəticələri ilə bağlı ilkin  münasibət AVCİYA-nın bəyanatında aprel ayının 12-də səhər saatlarında elan olunacaq. Prezident seçkiləri ilə bağlı yekun hesabat isə 26 aprel 2018-ci il tarixdə ictimaiyyətə təqdim ediləcək.

Seçki qərargahı əvvəlki seçkilərdə olduğu kimi, demokratik seçkilər sahəsində mövcud beynəlxalq təcrübənin seçicilər arasında təbliğinə böyük önəm verir. Seçki qərargahı həmçinin beynəlxalq qurumlarla əlaqələrin yaradılması, onlarla əməkdaşlığın təşkilinə də müsbət yanaşır. Seçki qərargahı əvvəlki illərdə olduğu kimi, bu il də Avropa Şurası, Avropa Birliyi, ATƏT, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və digər qurumların nümayəndələri ilə  əməkdaşlığın davam etdirilməsi istiqamətində səylərini artıracaq.

AVCİYA Seçki Qərargahının Mətbuat Xidməti

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …