Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / ATV-də yeni təyinatla bağlı – rəsmi açıqlama

ATV-də yeni təyinatla bağlı – rəsmi açıqlama

Mediada “ARB TV”-nin strateji inkişaf, marketinq və media direktoru İsmayıl Həsənovun “Azad Azərbaycan Teleradio və Yayım şirkəti”nə reklam direktoru təyin olunması ilə bağlı yayılan xəbərə hər iki kanaldan rəsmi açıqlama verilib.

“Reklam fəaliyyətinin effektivliyini artırmaq məqsədilə, “ATV” və “ARB” telekanallarının rəhbərliyi 2018-ci ilin fevralın 27-dən etibar iki telekanalın reklam satışını mərkəzləşdirmək qərarına gəlib. Reklam şirkətləri və bu telekanallar arasında bundan öncə mövcud olan qarşılıqlı öhdəliklər qüvvədə qalır. Razılığın detalları Azərbaycan reklam bazarının bütün iştirakçılarına təqdim olunub və bu barədə məlumatlar ictimai əhəmiyyət kəsb etmir”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …