Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / ATV-də işdən çıxarılan Azər Zahid rejissorla dava edib

ATV-də işdən çıxarılan Azər Zahid rejissorla dava edib

Xəbər verdiyimiz kimi, ATV-nin tanınmış aparıcısı Azər Zahid işdən çıxarılıb.

Azinforum.az – in azxeber.com-a istinadən məlumatına görə, aparıcının bu hadisədən sonra ölkədən qaçdığı xəbəri yayılıb. Məlum olub ki, Azər Zahid hazırda Dubayda istirahətdədir.

O, telekanaldan bir neçə həftə öncə ayrılmaq qərarı verib. Buna aparıcının kanalın “ATV dizayn” qrupunun eks rəhbəri, rejissor Rauf Ocaqverdiyevlə münaqişə etməsi səbəb olub. Belə ki, telekanalda yayımlanan “Top ulduzlar” layihəsinin çəkilişi zamanı onlar dava edib və münasibətləri pozulub. Buna görə də layihənin yarıdan çoxu efirə verilməyib. Qəzəblənən Azər Zahid telekanaldan ayrılmaq qərarına gəlib.

Xatırladaq ki, telekanaldakı dəyişikliklərdən sonra Rauf Ocaqverdiyev də işdən çıxarılıb.

Həmçinin oxuyun

Türkiyə MN-dən Laçınla bağlı paylaşım

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması ilə bağlı “Twitter” hesabında paylaşım …