Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / ATU-nun Klinikasında 33 həkim koronavirusa yoluxub

ATU-nun Klinikasında 33 həkim koronavirusa yoluxub

Azərbaycan Tibb Universitetinin pandemiyaya qarşı mübarizə aparan iki klinikasında ümumilikdə 57 nəfər tibb işçisi koronavirusa yoluxub. 

Bu barədə “Qafqazinfo”ya universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib. O qeyd edib ki, Tədris Cərrahiyyə Klinikasında 33 nəfər tibbi personal COVID-19 a yoluxub: “Onlardan 6-sı müalicə alaraq evə buraxılıb. 21 nəfər reanimasiya şöbəsinin həkimləridir. 27 nəfər həkim hazırda koronavirusdan müalicə alır. Onlardan 6 nəfərin vəziyyəti ağırdır. Digər həkimlərin vəziyyəti isə normaldır.

Tədris Terapevtik Klinikasında isə 24 tibbi personal koronavirusa yoluxub. Onların içərisində həkimlər, tibb bacıları və sanitar işçilər var. Həmin şəxslərdən sağalıb işinə qayıdanlar da var. Eyni zamanda bir neçə şəxsin müalicəsi hələ davam etməkdədir”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …