Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / ATU-da yeni təyinat – Rektor əmr verdi

ATU-da yeni təyinat – Rektor əmr verdi

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni direktor və baş həkim təyinatı olub.
Azinforum.az report-a istinadən xəbər verir ki, klinikanın direktoru vəzifəsinə Samir Allahverdiyev təyin olunub.
Bundan başqa, universitetin rektoru Gəray Gəraybəylinin müvafiq əmri ilə klinikada kardioloq vəzifəsində çalışan Fuad Səmədov direktorun elm və tədris işləri müavini, terapevt Fəridə Hacıyeva isə direktorun müalicə işləri müavini vəzifəsinə gətirilib.
Xatırladaq ki, S.Allahverdiyevdən öncə direktor vəzifəsində Hüseyn Qabulov çalışıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …