Bakı Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəzada avstriyalı idmançıların xəsarət alması xəbərindən hamı sarsıldı. İlk olaraq məlumatın doğruluğuna şübhə ilə yanaşıldı, lakin Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin tibb xidməti baş vermiş qəza ilə bağlı rəsmi açıqlama yaydıqdan sonra xəbər öz təsdiqini tapmış oldu. Bir gün sonra isə sosial şəbəkələrdə həmin hadisənin videogörüntüləri yayıldı. Ölkəmiz üçün yaxşı mənada hansısa divident gətirməyəcək bu kadrların internetə kim tərəfindən yerləşdirilməsi böyük maraq doğurdu.
Azinforum.az videonun kimin tərəfindən yerləşdirilməsilə bağlı araşdırma aparıb. Tanınmış hüquqşunas Mehman Muradlı saytımıza açıqlamasında bildirib ki, məlum video ilk olaraq “youtube” dakı Elnur Baimova məxsus olan “News Azerbaijan” kanalında yerləşdirilib: “Baimov da nəqliyyat naziri Ziya Məmmədovun çevrəsinə aid olduğunu nəzərə alsaq, onda həmin videonu ona elə əvvəl işlədiyi Nəqliyatın İntellektual İdarəetmə Mərkəzindən verilməsi şübhə doğurmur. Elnur Baimovun videonu hansı məqsədlə yerləşdiyini deyə bilmərəm, ancaq maraqlıdır ki, Ziya Məmmədova yaxınlığı ilə seçilən saytların jurnalistləri həmin videonu yerləşdirəni deyil, paylaşanları söyüllər”.
Elnur Baimovun da mövqeyini verməyə hazırıq.
Rövşən ƏLİ
Azinforum.az