Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Atletlər Kəndindəki qəzanın görüntülərini internetə kim və hansı məqsədlə yerləşdirib?- FOTOFAKT

Atletlər Kəndindəki qəzanın görüntülərini internetə kim və hansı məqsədlə yerləşdirib?- FOTOFAKT

Bakı Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəzada avstriyalı idmançıların  xəsarət alması xəbərindən hamı sarsıldı. İlk olaraq məlumatın doğruluğuna şübhə ilə yanaşıldı, lakin Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin tibb xidməti  baş vermiş qəza ilə bağlı rəsmi açıqlama yaydıqdan sonra xəbər öz təsdiqini tapmış oldu.  Bir gün sonra isə sosial şəbəkələrdə həmin hadisənin videogörüntüləri yayıldı. Ölkəmiz üçün yaxşı mənada hansısa divident gətirməyəcək bu kadrların internetə kim tərəfindən yerləşdirilməsi böyük maraq doğurdu.

Azinforum.az videonun kimin tərəfindən yerləşdirilməsilə bağlı araşdırma aparıb. Tanınmış hüquqşunas Mehman Muradlı saytımıza açıqlamasında bildirib ki, məlum video ilk olaraq “youtube” dakı Elnur Baimova məxsus olan “News Azerbaijan” kanalında yerləşdirilib: “Baimov da nəqliyyat naziri Ziya Məmmədovun çevrəsinə aid olduğunu nəzərə alsaq, onda  həmin videonu ona elə əvvəl işlədiyi Nəqliyatın İntellektual İdarəetmə Mərkəzindən  verilməsi şübhə doğurmur.  Elnur Baimovun videonu hansı məqsədlə yerləşdiyini deyə bilmərəm, ancaq maraqlıdır ki,  Ziya Məmmədova yaxınlığı ilə seçilən saytların jurnalistləri həmin videonu yerləşdirəni deyil, paylaşanları söyüllər”.

Elnur Baimovun da mövqeyini verməyə  hazırıq.

Rövşən ƏLİ

Azinforum.az

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın