Cümə , Aprel 19 2024
Ana səhifə / Atatürkün gəmisi Ərdoğanın oldu

Atatürkün gəmisi Ərdoğanın oldu

“Üzən Saray” Türkiyə prezidentini xarici səfərlərində müşayiət edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkün gəmisindən istifadə edəcək.
Qardaş ölkənin mədəniyyət və turizm naziri Ömer Çelik Atatürkün gəmisi “Savarona” ilə bağlı planları açıqlayıb.
Onun sözlərinə görə, Ərdoğan istərsə Türkiyəyə gələn prezidentləri bu gəmidə qarşılaya bilər. “İkincisi prezidentin xaricə səfərlərində bu gəmi onu müşayiət edə bilər. Məsələn prezident bir ölkəyə getdi. O ölkənin rəhbəti ziyafət vermək istəsə Ərdoğan da onu türk gəmisində şama dəvət edə bilər”.
“Savarona” bir neçə gün öncə ilk qonağına qapılarını açıb. Belə ki, Bosniya Hersoqovinadan olan prezident admnstrisasiyasının nümayəndəsini Ərdoğan məhz bu “üzən sarayda” qəbul edib.
Moskvada keçirilən turizm sərgisinə qatılan nazir məktəblər də Atatürkün gəmisində gəzinti ilə bağlı çox sayda müraciətlər daxil olur.
Ö.Çelik gəminin nümayişə çıxarıla biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, hazırda “Savarona”da restavrasiya işləri aparılır. “Bu Atatürkün xatirəsidir”.(ans press)

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın