Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Atambayev etirazçılar tərəfindən həbsxanadan azad edildi – Video

Atambayev etirazçılar tərəfindən həbsxanadan azad edildi – Video

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev etirazçılar tərəfindən həbsxanadan azad edilib. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.

Belə ki, çərşənbə axşamı keçirilən parlament seçkilərinin nəticələri ilə razılaşmayan etiraz aksiyasının iştirakçıları Qırğızıstanın paytaxtında yerləşən Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasının binasına daxil olub, orada olan keçmiş Prezident Almazbek Atambayevin azad edilməsinə nail olublar.

Etirazçılar təcridxananın qapısını sındırıblar. Xüsusi təyinatlıların əməkdaşları da Atambayevin və onun silahdaşlarının buraxılmasını tələb edən aksiya iştirakçılarına qoşulublar.  

Qeyd edək ki, A.Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib. Siyasətçi ötən ilin avqustunda 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib və o vaxtdan Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasında saxlanılırdı. Ona qarşı korrupsiya və kütləvi iğtişaşların təşkili kimi bir sıra ittihamlar irəli sürülmüşdü.


Həmçinin oxuyun

“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – XİN rəhbəri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir …