Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / “Atam Seda Sayana küçə söyüşü söydü və…” – Azəri qızı Günel

“Atam Seda Sayana küçə söyüşü söydü və…” – Azəri qızı Günel

Azəri qızı Günel Seda Sayanla aralarındakı soyuq münasibətdən, Seda Sayanın onu efirə çağırıb təhqir etməsindən danışıb.
Günel “ATV Magazin onlarla” verilişində deyib ki, illərdir Seda Sayanla danışmır və bunun səbəbini açıqlayıb:
“Türk şou-biznesində mübarizə apardığım çox insan var. Məni gözü götürməyənlər çoxdur. Amma təbii ki, sevənlərim də var. Gözü götürməyənlərdən biri illərdir Seda Sayandır. Uzun illərdir onunla heç bir şəkildə üz-üzə gəlmirəm. Sonuncə dəfə proqramına dəvət etmişdi, amma getmək istəmirdim. Zəng vurdu, atama yalvardı, evimizə də gəldi hətta. Atam ona yemək də bişirdi. Dedi ki, Günel gəlməlidir mütləq. Dedi ki, çox maraqlı bir sujet hazırlamışıq mütləq gəlməlisən. Getdim, verilişdə danışdıq, dedik-güldük və sujet ortaya çıxdı. Sujetdə bilirisiniz nə var idi? Keçmişdə yaşadıqlarım. Hansı ki mən o söhbətləri bağlamışam. 2015-ci ildir, bunları danışmağın önəmi də yoxdur. Oldu, bitdi. Sən bunları mənə niyə göstərirsən?. Nə isə, dodağımı dişlədim, türk xalqına sayğısızlıq etmək istəmədim, proqramı tərk etmədim. Sonra orada türk həkim Bingül Sönmez “Sarı gəlin” mahnısını oxudu. Dedim ki, bu bizim mahnımızdır. Sonra o mahnının necə yaranmasını söyləmək istəsəm də, Seda Sayan mənə imkan vermədi. Ağzımdan vurdu, sən “türk dilində danışa da bilmirsən”, dedi mənə. O proqramdan sonra atam Seda Sayana küçə söyüşü söydü və proqramı tərk etdik”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın