Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “AtaBank” vətəndaşa QARŞI… – Evi dağıdılan məcburi köçkün Prezidentə üz tutdu

“AtaBank” vətəndaşa QARŞI… – Evi dağıdılan məcburi köçkün Prezidentə üz tutdu

DİA.AZ: – İfadetv.com saytının baş redaktoru İfadə Cəfərzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb. DİA.AZ-a göndərilən müraciətin mətnində deyilir:

“Cənab Prezdent! Bir daha xatırlatmaq istəyirəm ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşadığım evim gecə evdə olmamağımdan istifadə edən «Atabank» ASC-nin qoçu dəstələri tərəfindən heç bir məhkəmə qərarı olmadan ağır texnikanın köməyilə dağıdıb viran qoyulub. Məsələ barəsində Binəqədi RPİ-nin 40-cı PB-si məşğul olmasına baxmayaraq, yenə də 22 dekabr 2019-cu ildə həmin banka aid quldur dəstəsi dağıdılmış evimin bütün söküntü materiallarını, içində olan sənədlərimi, əşyalarımı yağmalayaraq naməlum istiqamətə daşıyırlar.

Mən bir YAP üzvü, Ağdam rayonundan olan məcburi köçkün, İfadətv.com xəbərlər saytının baş redaktoru, bir tənha ana, bir vətəndaş olmağıma baxmayaraq «Atabank» ASC-nin mənə qarşı olan əsassız aqressiyası davam edir. Hesab edirəm ki, öz vətəndaşına qarşı belə bir vəhşilik heç 1937-ci ilin Stalin repressiyasında da olmamışdır.

Cənab Prezident, Sizdən xahiş edirəm, «Atabank» ASC tərəfindən yaşadığım 6 otaqlı evimin heç bir xəbərdarlıqsız, məhkəmə qətnaməsi olmadan içindəki ev və şəxsi əşyalarımla birlikdə məhv edilməsi cinayəti barədə aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına şəxsi nəzarətiniz altında araşdırma aparılmasına göstəriş verəsiniz”.

"AtaBank" vətəndaşa QARŞI...
"AtaBank" vətəndaşa QARŞI...
"AtaBank" vətəndaşa QARŞI...

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …