Ana səhifə / Aktual / Aşura günü qan verən 169 nəfərdə virus aşkarlandı

Aşura günü qan verən 169 nəfərdə virus aşkarlandı

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, Aşura günü ilə əlaqədar keçirilən aksiyalarda 5 min 809 nəfər könüllü olaraq qan verib.

Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.

4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkar olunub.

HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (Hepatit B), 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə Sifilis aşkar olunub. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uygun olaraq zərərsizləşdirilib.

Həmçinin oxuyun

Paşinyan: Azərbaycana minalanmış ərazilərin kiçik hissəsini vermişik

Ermənistan Azərbaycana bu ölkənin minalanmış ərazisinin yalnız kiçik hissəsinin xəritəsini verib. “Report” xəbər verir ki, …